Avropa Parlamentinin mühafizəkarlar və islahatçılar qrupundan olan
üzvü Malqojata Qoşevska Avropa Komissiyasını
Gürcüstan hökumətini “tamamilə təcrid etməyə” çağırır. O, bunu
Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
“2020-ci ildən sonra Gürcüstan geriyə, avtoritar rejimə
doğru gedir və təəssüf ki, ölkənin başında duranlar Rusiyadan
qazanc əldə edirlər.
Nəticə çıxarmağın vaxtıdır. Mən sizi, Avropa yardımını dondurmaqla,
viza rejimini qurmaqla və rejimin beynəlxalq səviyyədə təmsilçiləri
üçün sanitar kordon yaratmaqla Gürcüstanın hazırkı hökumətini
tamamilə təcrid etməyə çağırıram”, - Qoşevska
bildirib.
Bu gün, noyabrın 13-də Avropa Parlamentinin plenar iclasında
Gürcüstanla bağlı debat keçirilir.
"Gürcüstanda kəskinləşən demokratik böhran haqqında" - bu ad
altında debatların təşəbbüskarı Fransa parlamentinin deputatı
Natali Loizodur. O, 6 həmkarı ilə birlikdə oktyabrın 26-da
keçirilən parlament seçkilərini müşahidə edib.
Avropa Parlamentinin siyasi qrupları Gürcüstandakı mövcud
vəziyyətlə bağlı müzakirələrin noyabrın 13-14-də keçiriləcək plenar
iclasın gündəliyinə salınması ilə bağlı razılığa gəliblər.
Bugünkü sessiyada Natali Loiseau təklif edib ki, “Gürcüstanda
pisləşən demokratik böhran” mövzusunda debatdan sonra qətnamənin
növbəti sessiyada səsverməsi ilə davam etdirilsin. Onun təklifini
309 deputat dəstəkləyib, 191 deputat əleyhinə, 34 nəfər isə bitərəf
qalıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415