Bu gündən Gürcüstanda əhalinin və kənd təsərrüfatının
siyahıyaalınmasına başlanılıb.
Birinci mərhələdə, noyabrın 14-dən 23-dək ölkə üzrə əhalinin
öz-özünü qeydiyyatı aparılacaq ki, bu da o deməkdir ki, vətəndaşlar
Milli Statistika Xidmətinin əməkdaşlarının köməyi olmadan
siyahıyaalma anketlərini əvvəlcədən hazırlanmış
veb
platformada qeydiyyatdan keçərək dolduracaqlar.
İkinci mərhələdə, noyabrın 29-dan dekabrın 19-dək Milli Statistika
Xidməti tərəfindən təlim keçmiş 11 000-ə
qədər sahə işçisi xüsusi
sorğular vasitəsilə bütün Gürcüstanda sakinlərlə qapı-qapı gəzərək
müsahibələr keçirəcək.
Xərclərdən və insan resurslarından optimal istifadə etmək üçün
əhalinin siyahıyaalınması ilə yanaşı, kənd təsərrüfatının
siyahıyaalınması da aparılacaq. Sosial və demoqrafik məlumatlarla
yanaşı, xüsusi sorğu anketi vasitəsilə ev təsərrüfatlarının kənd
təsərrüfatı fəaliyyəti haqqında məlumatlar toplanacaq.
O cümlədən, bələdiyyələr, ərazi vahidləri və kəndlər səviyyəsində
ev təsərrüfatlarının istifadə etdiyi torpaq sahələrinin strukturu,
mal-qara və ev quşlarının sayı və digər mühüm məlumatlar
toplanacaq.
Əhali və kənd təsərrüfatı siyahıyaalınması üçün büdcə 29,2 milyon
lari təşkil edir. Siyahıyaalmanın aparılmasının hüquqi əsasını
Gürcüstanın 31 may 2023-cü il tarixli “Rəsmi statistika haqqında”
Qanunu, Milli Statistika Xidmətinin əsasnaməsi və digər
normativ-hüquqi aktlar təşkil edir.
Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradzenin
sözlərinə görə, hər bir vətəndaşın yüksək vətəndaşlıq məsuliyyəti
nümayiş etdirməsi və bunda iştirak etməsi lazımdır.
“Dünyada siyahıyaalma 10 ildən bir keçirilir.
Sonuncu dəfə 2014-cü ildə Gürcüstanda keçirilib. Bu təsvir müasir
texnologiyalardan istifadə etməklə elektron
şəkildə mümkün olacağı və insanın istədiyi
vaxt saytımıza daxil olub anketi doldurmaq imkanı olması, imkanı
olmayanlar üçün isə, müsahiblərimiz qapıdan-qapıya gələrək planşet
kompüterdən istifadə edərək sorğu keçirəcəklər.
Bununla belə, qeyd etmək lazımdır ki, şəxs anketi elektron
şəkildə doldurduqda, bizim nümayəndəmiz yenə də onun yanına gedir
və ona anketi doldurduqdan sonra təyin olunacaq elektron şəkildə
yaradılmış kodu göstərir”, - Qoqita Todradze
bildirib.
Onun sözlərinə görə, anket üç hissədən ibarətdir və bu hissələr:
ailə haqqında məlumat; Yaşayış şəraiti haqqında ətraflı məlumat -
bina nə vaxt tikilib, cavabdehin harada yaşadığı, neçə otağın
olması, kommunikasiya ilə təchiz edilib-edilməməsi və s. Şəxsi
məlumatlar - şəxsiyyət məlumatları, milliyyət, din, təhsil, dil
bilikləri, məşğulluq vəziyyəti, miqrasiya vəziyyəti, sağlamlıq
vəziyyəti və s. əhatə edir.
2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanın
əhalisi 3 milyon 713 min 804 nəfər olub. Araşdırmanın etnik
komponentinə gəlincə, 2014-cü ildə ölkədə 3 224 564 gürcü, 233 024
azərbaycanlı, 168 102 erməni və 14 385 rus yaşayır. Bunlar
Gürcüstanın ən böyük etnik qruplarıdır.
Gürcüstanda aparılan əhalinin siyahıyaalınması ilə bağlı ilk
məlumat təxminən 2025-ci ilin iyununda dərc olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415