Ahıska türklərinin öz vətənlərindən sürgün olunmasından 80
il keçir.
Bu gün keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki
Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska
türklərinin 1944-cü il noyabrın 14-də sovet hökuməti tərəfindən
Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana)
deportasiya edilməsinin 80-ci ildönümüdür.
Məlumata görə, deportasiya zamanı o dövrdə Gürcüstanda 212 kənddə
yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada
çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi
Asiya respublikalarına sürgün ediliblər.
Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib,
orada məcburi əməyə cəlb olunublar.
Sürgündəki dözülməz şərait ən azı 12 min (bəzi informasiyalara
görə, 50 minə qədər) Ahıska
türkünün ölümünə səbəb olub.
Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa
əmri əsasında SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın
rəhbərliyi ilə 4 min milis əməkdaşı tərəfindən həyata
keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415