“Burada nə gəzirsən, tatar” – vəkilin sözlərinə görə, etnik azərbaycanlı oğlan həbs edilərkən döyülüb
Dekabrın 3-dən 4-nə keçən gecə Tbilisidə keçirilən aksiyada Saqareco sakini Elvin Kərimov həbs edilərək döyülüb. Onun vəkili Ayhan Həsənli bizimlə söhbəti zamanı bildirdi ki, Kərimov 10-a yaxın xüsusi təyinatlı tərəfindən döyülüb, mobil telefonu və avtomobilinin açarları götürülüb. Onun sözlərinə görə, xüsusi təyinatlılar Elvin Kərimova hüquqlarını Azərbaycan Prezidenti İlham Əliyevdən tələb etməsini deyiblər.

“Elvinin dediyinə görə, birdən
peyda olublar və onu həbs ediblər. Nəyə görə həbs olunduğunu da bilmir. O, müqavimət göstərməyib və niyə həbs olunduğu da məlum deyil. Həbsdən sonra onu maşına mindiriblər və on xüsusi təyinatlı onu maşında döyüb. O, şiddətli döyülüb, üzü nahiyəsində zədə izləri var, burnu və gözləri göyərib, deyir ki, kürəyinə, həm də qarnına təpik vurublar. Dodaqları da yaralanıb, üzündə qan izləri var. Ona belə müraciət ediblər: “Burada nə gəzirsən, get hüquqlarını İlham Əliyevdən tələb et, burada nə işin var, tatar”. Onunla belə davranıblar”,
– Elvin Kərimovun vəkili Ayhan Həsənli bildirir.

Ayhan Həsənlinin sözlərinə görə, hadisə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə araşdırılır. Həmin maddə polis əməkdaşının qanuni tələbinə tabe olmamağı nəzərdə tutur. İndiki mərhələdə Elvin Kərimov istintaq təcridxanasında qalır. Vəkilin sözlərinə görə, saxlanılan şəxslə Xalq Müdafiəçisinin nümayəndəsi də görüşüb.

Artıq 7 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları keçirilir.

Rustavelidə Parlament binası qarşısında təhlükəsizlik qüvvələrinin nümayəndələri aksiya iştirakçılarını vəhşicəsinə dağıdıblar. Yayılan görüntülərdə bir qrup təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarını necə döydüyü görünür. Etirazçıların daha çox üzünə zərbələr endirilir, onlar həbs olunarkən fiziki və şifahi təhqirlərə məruz qaldıqlarını iddia edirlər. Hazırda yüzlərlə vətəndaş silahlı qüvvələr tərəfindən həbs edilib və xəsarət alıb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının nümayəndələri jurnalistlərə də hücum edirlər.Aksiyanı işıqlandıran onlarla jurnalist xəsarət alıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google