Polislər İlya Dövlət Universitetinin mühazirıçisi Saba Cacanidzenin
evində şahid və vəkil olmadan axtarış aparırlar.
“Saba Cacanidzenin mənzilində müstəntiqin qərarı
(təcili zərurət) əsasında şahid və vəkil olmadan istintaq hərəkəti
(mənzildə axtarış) aparılır. Vəkil gələnə qədər bunu canlı lentə
aldım. Səba mənim dostum Ana Kvançilaşvilinin həyat
yoldaşıdır”, – vəkil Tamar Qurçiani
"Facebook"da yazır.
Bundan əvvəl Ana Kvançilaşvili yazıb
ki, mavi forma geyinmiş 5
nəfər anasının evinə gələrək qazı yoxlamalı olduqlarını
deyiblər.
"Qapını açmırdı. Qırıb dağıdacağıq dedilər. Anam qapını
açdı. Onları qorxu içində olan əkizlər qarşıladı. Sizə bu terrora
görə son qoyacağam! dedilər. Evi tamamilə axtardılar və hər şeyi
yoxladılar. Anamın ürək tutması var. Təcili yardım
çağırdıq,” – deyə Ana Kvançilava yazır.
Bu gün səhər saatlarında polis müxalif siyasi partiyaların
ofislərinə və fəalların evlərinə daxil olaraq axtarış aparıb.
“Dəyişikliklər naminə koalisiyası"nın üzvləri Nika Qvaramiya və
Gela Xasaya, “Dafion” gənclər hərəkatının lideri Zviad Tsetsxladze
və “Milli Hərəkat”ın üzvləri həbs edilib.