Prezident Salome Zurabişvili bəyan edib ki, Xüsusi İstintaq
Xidmətinin rəhbəri Koka Katsitadzeni görüşə dəvət edir. Lakin
Prezident Administrasiyası onunla əlaqə qura bilmir.
"Mövcud vəziyyəti nəzərə alaraq, Xüsusi İstintaq
Xidmətinin rəhbəri Koka Katsitadzeni görüşə dəvət edirəm... Lakin
administrasiyam onunla əlaqə qura bilmir. Bu qurum hüquq-mühafizə
orqanları tərəfindən zorakılıq faktlarının aşkarlanması və
araşdırılmasına birbaşa cavabdehdir. Son günlər gördüyümüz kadrlar
təcili istintaqın zəruriliyini təsdiqləyir," – deyə
Prezident yazıb.