Travmatoloq Vato Qvazava nümayişdə iki gənc nümayişçiyə
kömək edərkən fiziki hücuma məruz qalıb,
- onun yaxın dostu, həkim Caba Zarkua bildirir.
“Dünən mitinqin dağıdılmasından sonra iki qızın
yıxıldığını görüb. O, qızlara öz həkimlik vəzifəsini yerinə
yetirmək üçün yaxınlaşıb. Bu zaman o qansızlar onun yanına gələrək
döyməyə başlayıblar”, - deyə Zarkua yazıb.
Onun dərc etdiyi fotoda
Vato Qvazavanın üzündə, alnında və
dodağında qançırlar görünür.
"Həkimdir, nə edirsiniz?- deyə dostu qışqıranda
robokoplardan biri “rəis, nə edək? Bu həkimdir”, - dedi. Bundan
sonra “rəis” dedikləri şəxslə birlikdə daha aığr formada
döyüblər”, - deyə Zarqua yazıb.
Caba Zarkua, Qvazavanın necə döyüldüyünə dair izahatını belə təsvir
edir:
"Robokoplar onu əvvəlcə “marşrutkalardan” birində huşunu itirənədək
döyüblər, sonra isə ikinci “marşrutkaya” apardıqdan sonra təkrarən
huşunu itirinə kimi döyüblər. Burada qeyd edək ki, Vato sağlamdır
və onun huşunu itirənə kimi döyülməsi, özünüz fikirləşin, nə
deməkdir”.
Zarkuanın sözlərinə görə, onun xaçı, mobil telefonu və
avtomobilinin açarları oğurlanıb.
Caba Zarkua bu hekayəni beynəlxalq ictimaiyyətə təqdim etmək üçün
prezident Salome Zurabişviliyə müraciət edib: "Həkimi bir insana
kömək etməkdən çəkindirmək, sonra onu soymaq və döymək sadəcə
insident deyil".
Dekabrın 4-nə olan məlumata görə, Avropayönlü mitinqlərdə üç yüzə
yaxın insan saxlanılıb - onların əksəriyyəti həbslər zamanı qəddar
repressiyaların hədəfinə çevrildiklərini deyir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415