Daxili İşlər Nazirliyi mitinqdə polisə hücum etməkdə təqsirli bilinən 2006-cı il təvəllüdlü şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, polisə hücum etməkdə bir nəfər - 2006-cı il təvəllüdlü S.C. saxlanılıb.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən, bıçaqla silahlanmış şəxs bu il noyabrın 30-da Rustaveli prospektində mitinq zamanı Daxili İşlər Nazirliyinin əməkdaşına sağlamlığına xəsarət yetirmək məqsədilə hücum edib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində
hüquq-mühafizə orqanlarının əməkdaşları S.C.-nı saxlayıblar”.

Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 187 və 353-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır, hazırda 7 nəfər saxlanılıb.

Həmçinin Cinayət Məcəlləsinin qrup zorakılığını təşkil etmə, ona rəhbərlik etmə və ya bu zorakılıqda iştirak etmə, zorakılıq hərəkətlərinə açıq çağırış kimi 225 və 239-cu maddələri ilə 7 nəfər saxlanılıb.

Və, 1 nəfər partlayış hazırlamaq ittihamı ilə saxlanılıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google