Xüsusi İstintaq Xidmətinin açıqlamasında bildirilir ki, cari
tədbirlər zamanı onlara 319 nəfərin hüquqlarının pozulması ilə
bağlı bildiriş daxil olub.
Elana əsasən, müvəqqəti saxlama yerlərində və poliklinikalarda 140
nəfər dindirilib, 42 nəfər isə tibbi müayinədən keçirilib.
“2024-cü ilin noyabr və dekabr aylarında Tbilisidə 333-cü maddənin
üçüncü hissəsinin “B” yarımbəndinə və 154-cü maddənin 2-ci
hissəsinə əsasən etiraz aksiyasının
iştirakçılarına qarşı zorakılıq
tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə və
jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktları üzrə
Gürcüstan Cinayət Məcəlləsi ilə bağlı istintaq davam edir.
“Qaynar xətt” vasitəsilə, eləcə də Xalq Müdafiəçisi
Aparatından, KİV üzrə ombudsmandan və müvəqqəti yerləşdirilmiş
təcridxanalardan aralarında həm etirazçıların, həm də KİV
nümayəndələrinin də olduğu 319 nəfərin hüquqlarının pozulması ilə
bağlı xidmətə bildiriş daxil olub. Xidmət bildirişləri almağa davam
edəcək.
Xidmətin mövcud resurslarından maksimum istifadə etməklə hər bir
mesaja sürətli hüquqi cavab verilir. İstintaq başlayandan indiyədək
istintaq orqanında, müvəqqəti saxlama təcridxanalarında və tibb
məntəqələrində 140 nəfər (o cümlədən 5 jurnalist) dindirilib, 42
vətəndaş tibbi müayinədən keçirilib.
Sübutların əldə edilməsi üçün qəza yerində müxtəlif yerlərə baş
çəkib, bu zaman istintaqı maraqlandıran müşahidə videokameraları
müəyyən edilib. İctimai internet məkanında mövcud olan yüzlərlə
saatlıq televiziya proqramlarının yazılarının öyrənilməsi/təhlili
davam edir.
Hadisə yerində yerləşən özəl və ictimai obyektlərdən
videogörüntülərin götürülməsi prosesinə başlanılıb. Müxtəlif
teleşirkətlərdən də videomateriallar tələb olunur. “Fövqəladə
Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi”ndən mitinqdə
xəsarət alanlara tibbi yardım göstərən təcili tibbi yardım qrupunun
əməkdaşlarının kimliyi ilə bağlı məlumat tələb olunub.
2024-cü ilin noyabr və dekabr aylarında keçirilən etiraz aksiyası
zamanı xəsarət alaraq a
mbulator/stasionar tibbi yardım alan şəxslərin tibbi sənədləri ilə
bağlı klinikalardan məlumat tələb olunur. Hüquq-mühafizə
orqanlarının əməkdaşlarının təhqiqatının aparılması üçün Daxili
İşlər Nazirliyinin Müvəqqəti Yerləşdirmənin Təminatı
Departamentindən inzibati həbs protokolları və tibbi sənədlər
toplanır”, - deyə İstintaq Xidmətindən
bildirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415