Qaxaria: “Gürcü Arzusu” “Milli hərəkatı” ötüb keçib
“Təəssüf ki, bu gün “Gürcü Arzusu” hər şeydə “Milli Hərəkatı” ötüb keçib”, - deyə “Qaxaria Gürcüstan üçün” partiyasının lideri Qiorqi Qaxaria bildirib.

O, mitinq iştirakçılarının zorakılıqla dağıdılmaq üsullarına münasibət bildirib, həm də əvvəlki hakimiyyətlə paralel aparıb.

Onun sözlərinə görə, Bidzina İvanişvili xalqa sülh vəd edib, amma Rustavelidə müharibə aparıb, Avropaya söz verib, amma ölkənin Avropa perspektivini
öldürüb.
Qaxaria mediaya verdiyi şərhləri Facebook səhifəsində yayıb.

“Biz hər gün burada dayanırıq, lakin bu gün bizim bura gəlməyimiz həm də hər gecə Gürcüstan vətəndaşlarına qarşı vəhşiliklə rəftar edilməsi, gənclərin heç bir səbəb olmadan sadəcə olaraq saxlanması və vətəndaşların saxlanması, gənclərin daha sonra vəhşicəsinə döyülməsi və zorakılığa məruz qalması ilə bağlıdır. Bəzilərini xəstəxanada, bəzilərini "Kapəze"də, bəzilərini isə harda axtarırıq?!

Sadəcə, bütün bunlar artıq elə bir forma alıb ki, biz artıq hər cür qaydalardan, normalardan, ləyaqətdən... qanundan danışmırıq. Baş verənlər çox uzun müddətdir ki, qanundan kənardır.

Mən sadəcə, hələ də bir az da olsa “Gürcü arzusundan” olan insanlara dəstək olmaq istəyirəm – sadəcə xatırlayın ki, bu insanlar 2012-ci ildə hakimiyyətə necə gəldilər, hansı vədlərlə – insan ləyaqəti, insan hörməti – belə vədləri var idi”.


Bu gün çox təəssüf ki, “Gürcü arzusu” hər şeydə “milli Hərəkatı” ötüb keçib.

Nəzərə almalıyıq ki, o vaxtdan 15 il keçib. İndi hamımız başa düşməliyik ki, “Gürcü arzusunun” bu gün Gürcüstan vətəndaşlarını sıxışdırdığı formalar ağlasığmazdır, bunu heç kimin ağlına da gətirə bilməzdi. Bu məyusluq deyil, Gürcüstan vətəndaşları üçün, İvanişvilinin bu ölkəni normal sülhə aparacağına ümid edən insanlar üçün faciədir.... O, bizə sülh vəd etdi və sonra Rustavelidə müharibə başladı, bizə Avropaya söz verdi və nəhayət, ölkənin Avropa perspektivini öldürdü”, - Qaxaria bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google