Zelenski: Bidzina İvanişviliyə və onunla əlbir olan 19 nəfərə Ukrayna sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Bidzina İvanişviliyə və "onunla əlbir olan 19 nəfər tərəfdaşına" qarşı sanksiyalar tətbiq edib.


 


Zelenskinin sözlərinə görə, müvafiq qərarı o, bu gün, 5 dekabr səhəri imzalayıb.

Ukrayna Prezidenti səhər müraciətində deyib:

"Bu sanksiyalar Gürcüstanın hazırkı hökumətinin bir hissəsinə yönəlib, hansı ki, Gürcüstanı Putinə tabe etdirir.

Gürcüstanda buna qarşı

etiraz aksiyaları keçirilir.

İndi tərəfdaşların öz mövqelərini açıq şəkildə ifadə etməsi, baş verənləri səmimi şəkildə açıqlaması vacibdir.

Siz hərəkət etməlisiniz.

Beynəlxalq münasibətlərdə belədir: Əgər vaxtında və prinsipli şəkildə reaksiya göstərməsəniz, onilliklər itir və ölkələrin azadlıqları əllərindən alınır.

Regionda heç kimi itirmək olmaz: Nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı. Biz özümüzü birlikdə Moskvadan qorumalıyıq.

Ukrayna Bidzina İvanişviliyə və onunla əlbir olan 19 nəfərə – Gürcüstanı və gürcü xalqının maraqlarını satanlara sanksiyalar tətbiq edib.

Avropanı, ABŞ-ı və dünya ölkələrini də eyni şəkildə davranmağa – prinsiplərə uyğun hərəkət etməyə çağırırıq.

Eşq olsun Ukraynaya!"

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google