Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti
üzrə sözçüsü Anita Hipper Gürcüstanda baş verən hadisələrə
münasibət bildirib.
"Oğurlama xarakterli həbslər, zorakılıq və etirazçılara
qarşı qeyri-adekvat davranışla bağlı xəbərlər narahatlıq
doğurur.
Hökuməti həddindən artıq güc tətbiqini dayandırmağa və toplantı
azadlığını təmin etməyə çağırırıq. Zorakılığın bütün halları dərhal
araşdırılmalıdır," – deyə o qeyd edib.