Prezident 10 məhkumu əfv edib

Bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili 10 məhkumun əfv edilməsi barədə qərar qəbul edib.


Onlardan 3-ü cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən tamamilə azad olunub. Əfv olunanlardan biri qadındır.

4 məhkuma isə cəzaçəkmə müəssisəsində qalan cəza müddəti azaldılıb ki, onların arasında bir qadın
da var.

Həmçinin əfv aktı 3 şərti məhkum olunan şəxsi də əhatə edib. Onlar şərti olaraq azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən tamamilə azad ediliblər.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google