Kobaxidze təsdiq edir ki, Qərbdə seçkilərin legitimliyini tanımırlar

“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze təsdiq edir ki, Qərb ölkələri Parlament seçkilərinin nəticələrinin legitimliyini hələ də tanımayıb.


Kobaxidzenin sözlərinə görə, bütün ölkələrin Parlament seçkilərinin nəticələrinin legitimliyini tanıması prinsipal olaraq vacibdir.

Kobaxidze “Gürcü Arzusu” hökumətinin üzvlərinin seçkilərdən sonra avropalı tərəfdaşları ilə hər hansı əlaqənin olub-olmaması sualına belə cavab verib

“Biz seçkilərin legitimliyinin hər bir ölkə
tərəfindən tanınmasını gözləyəcəyik və təbii ki, bu, ikitərəfli münasibətləri aktivləşdirməyə imkan verəcək. Bu, prinsipal olaraq vacibdir – hər kəs ATƏT/DTİHB-nin rəyini qəbul etməlidir. Biz belə bir tanınma gözləyəcəyik və bundan sonra təbii ki, istənilən ölkə ilə fəal işləyəcəyik”,
- deyə İrakli Kobaxidze bildirib.

“Gürcü Arzusu”nu Parlament seçkilərində qələbəsi münasibətilə təbrik edən yeganə Avropa ölkəsi Macarıstandır.

Mənbə: Netgazeti


 

Print Email
FaceBook Twitter Google