“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze təsdiq edir ki,
Qərb ölkələri Parlament seçkilərinin nəticələrinin legitimliyini
hələ də tanımayıb.
Kobaxidzenin sözlərinə görə, bütün ölkələrin Parlament seçkilərinin
nəticələrinin legitimliyini tanıması prinsipal olaraq vacibdir.
Kobaxidze “Gürcü Arzusu” hökumətinin üzvlərinin seçkilərdən sonra
avropalı tərəfdaşları ilə hər hansı əlaqənin olub-olmaması sualına
belə cavab verib
“Biz seçkilərin legitimliyinin hər bir ölkə tərəfindən
tanınmasını gözləyəcəyik və təbii ki, bu, ikitərəfli münasibətləri
aktivləşdirməyə imkan verəcək. Bu, prinsipal olaraq vacibdir – hər
kəs ATƏT/DTİHB-nin rəyini qəbul etməlidir. Biz belə bir tanınma
gözləyəcəyik və bundan sonra təbii ki, istənilən ölkə ilə fəal
işləyəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.
“Gürcü Arzusu”nu Parlament seçkilərində qələbəsi münasibətilə
təbrik edən yeganə Avropa ölkəsi Macarıstandır.