“Formula”: polis Davit Kezeraşvilinin Tbilisidəki evinə gəlib
“Formula” teleşirkəti bildirir ki, polis Tbilisinin Amağleba küçəsində Davit Kezeraşviliyə məxsus mənzilə gəlib və mənzilə daxil olmağa hazırlaşır.

“Formula”nın məlumatına görə, Davit Kezeraşvilinin özü evdə olmasa da, qohumu Dima Çikovani orada yaşayır.

“Formula”nın canlı görüntülərində polisin binanın girişində olduğu görünür. Jurnalist bildirir ki, onlar mənzilin qapısını açmağa çalışırlar.

Polisin hansı istintaq tədbirləri gördüyü hələlik məlum
deyil.

“TV Pirveli” xəbər verir ki, polis Tsereteli prospektində Kezeraşviliyə məxsus olan ikinci evə də gəlib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google