Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı tənqid edib ki,
hər hansı ölkədəki seçkilərin nəticələrini bəyənmirsə,
ATƏT-in müsbət hesabatlarına məhəl qoymur.
Amerikalı populist və sui-qəsd nəzəriyyəsi üzrə jurnalist, “Fox
News”un keçmiş aparıcısı Taker Karlsona müsahibə verən Lavrov buna
misal kimi Gürcüstanda keçirilən son parlament seçkilərini
göstərib.
Karlsonun bir neçə gün əvvəl Moskvada lentə aldığı müsahibə
bu gün,
dekabrın 6-da Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc
edilib.
Lavrovun sözlərinə görə, ATƏT Rusiyada seçkiləri müşahidə edərkən,
Belarus və Qazaxıstanda olduğu kimi, həmişə son dərəcə mənfi
hesabatlar verib.
“Bu dəfə ATƏT-in Gürcüstandakı monitorinq missiyası
müsbət hesabat təqdim edib. Seçkilərin nəticələrini bəyəndiyiniz və
prosedurları təsdiqləməli olduğunuz zaman onları qəbul edirsiniz.
Əgər seçkilərin nəticələrini bəyənmirsinizsə, onlara məhəl
qoymursunuz”, - Lavrov ABŞ-dan danışarkən deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415