Prokurorluqda 9 nəfərə qarşı qrup zorakılığının təşkili və
istiqamətləndirilməsi, qrup zorakılığında iştirak və partlayış
hazırlamaqda ittiham irəli sürülüb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma
zamanı müəyyən edilib ki, Tbilisinin Rustaveli prospektində
keçirilən aksiya zamanı təqsirləndirilən şəxslər qrup şəklində
zorakılıq təşkil edib və iştirak ediblər, nəticədə çoxlu sayda
insan sağlamlığına ziyan vurub. Həm fiziki, həm də hüquqi şəxslərin
əmlakına ziyan dəyib, Tbilisi meriyasının balansında olan
infrastruktura ziyan dəyib.
Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 9 ilədək
azadlıqdan məhrumetməni nəzərdə tutan 225 və 18229-cu maddələri ilə
ittiham irəli sürülüb.
“Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən
şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı
vəsatətlə məhkəməyə müraciət edəcək”, - deyə
məlumatda bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415