7 dekabr tarixində, gecə iqtisadiyyat nazirinin keçmiş müavini Nikoloz Alavidze və onun oğlu Vako Alavidze həbs edilib
İqtisadiyyat nazirinin keçmiş müavini Nikoloz Alavidze və oğlu Vako Alavidze dekabrın 7-də həbs edilib.

Nikoloz Alavidze 2019-cu ildə iqtisadiyyat nazirinin müavini vəzifəsini tutub, Vako Alavidze isə "Gürcüstan Bankı"-nın əməkdaşıdır.

"Gürcüstan Bankı" Vako Alavidzenin həbsi ilə bağlı bəyanat yayıb.

“Bizim komandamızın üzvü Vako Alavidze dünənki aksiyada həbs edilib. "Gürcüstan Bankı"-nın vəkilləri yerində onun yanındadırlar və hüquqlarını qorumaq,
mümkün qədər tez azadlığa çıxması üçün hər şeyi edirlər. Etirazçılara qarşı zorakılıq bizim üçün qəti şəkildə qəbuledilməzdir! Gürcüstan Bankı üçün Avropaya inteqrasiya yolunun alternativi yoxdur!

“Publika”-nın çəkdiyi kadrlarda Nikoloz Alavidzenin həyat yoldaşı Natia Qoqiçaişvilinin polis nümayəndələrindən ərini və oğlunu həbs etməməyi necə xahiş etdiyi görünür.


Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google