Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır.
Bu barədə TASS-a Kremldəki mənbə bildirib.
Mənbə qeyd edib ki, Rusiya Əsədə sığınacaq verib.
Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi
bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət
verib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri
Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə
genişmiqyaslı hücuma
keçib. Dekabrın 7-də axşam saatlarında Suriya
prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb,
Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər
saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya
ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və
ölkəni tərk etdiyi bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415