Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, bir həftə
ərzində onlar mitinq iştirakçılarının üzlərinin qapalı olmasını
qadağan edəcək qanun qəbul edəcəklər.
O, hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib ki, “bu,
toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək çox
vacib qanundur”.
Baş nazir bu məsələ ilə bağlı söhbətə başlamazdan əvvəl “TV
Pirveli” heyətinə hücumu xatırladıb və bunu
təxribat adlandırıb. O,
canlı yayımda işləyərkən jurnalist Maka Çixladze və operator Qiorqi
Şecirulinin hücumunu araşdıracaqlarına böyük ümid etdiyini
bildirib.
“Maskalıların çoxluğuna görə, Daxili İşlər Nazirliyinin
reaksiya verməsi çətinləşir – artıq kimin etirazçı, kimin etirazçı
olmadığını ayırd etmək mümkün deyil...
Biz aksiya iştirakçılarının, o cümlədən əks görüş iştirakçılarının
müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul
edəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.
Hökumət qanunu gələn həftənin sonuna qədər qəbul etməyi
planlaşdırır.
“Biz texniki cəhətdən elə təşkil edə biləcəyik ki,
gələn həftənin sonuna kimi qanun qəbul olunsun. Bu qanun ayın
sonuna kimi qüvvəyə minəcək”, - deyə İrakli Kobaxidze
bildirib.