Hökumət Patriarxlığa üç torpaq sahəsinin hər birini bir lari qarşılığında verib

Hökumət hər biri 1 lariyə birbaşa satış şəklində üç qeyri-kənd təsərrüfatı torpaq sahəsini Patriarxlığa verib.



Baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncama əsasən, qeyd olunan torpaqlar aşağıdakı ərazilərdə yerləşir:

• Tetritskaro bələdiyyəsi, Manqlisi kəndi - 3194 kv.m torpaq sahəsi və orada yerləşən 3 tikili;
• Kutaisi, İrakli Abaşidze 27 - 296 kv.m torpaq sahəsi;
• Çxorotsku Bələdiyyəsi, Çağa kəndi - 3125 kv.m torpaq sahəsi.

Sənədlərə görə, Patriarxlıq 1 ay ərzində hər torpaq sahəsinə görə 1 lari ödəməlidir.
Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google