Qiorqi Laliaşvili “TV Pirvelinin”in əməkdaşlarına hücumla bağlı
dindirilib.
Qəza yerində olması ehtimal olunan Luka Topuridze də istintaq
xidmətinə çağırılıb.
Zuka Dzneladze, Qiorqi Kordzaia, Qiorqi Laliaşvili (Bubuka) və Luka
Topuridzenin “TV Pirveli”nin çəkiliş qrupuna hücumda iştirak etməsi
barədə məlumatı “Mtavari” kanalı yayıb.
“2024-cü il dekabrın 8-də teleşirkətlərdən birinin
televiziya efirində cinayəti törətmiş ola biləcək şəxslərlə bağlı
məlumatla əlaqədar müşavirə keçirilib. Q.L.-nin şəxsi və yaşayış
evinə baxış keçirilib, nəticədə onun mobil telefonu götürülüb və
orada olan məlumatlara baxış keçirilib. Mobil telefonun yaddaşında
saxlanılan məlumatların bərpası məqsədilə L.Samxarauli adına Milli
Məhkəmə Ekspertizası Bürosunda kompüter ekspertizası təyin edilib.
İşin halları ilə bağlı Q.Liluaşvili və ailəsinin üzvü dindirilib.
Həmçinin L.T dindirilmək üçün istintaq orqanına
çağırılıb”, - Xüsusi İstintaq Xidmətinin məlumatında
deyilir.
İstintaq xidmətinin məlumatına görə, jurnalistə və operatora
hücumda iştirak edən şəxslərin və onların əlaltılarının müəyyən
edilməsi, habelə onların cinayət törədilməzdən əvvəl və dərhal
sonra hərəkət marşrutunu, hadisə yerini müəyyən etmək məqsədilə və
ətraf əraziyə baxış keçirilib, nəticədə Qriboedov, Zubalaşvili
qardaşları, Besik, M. Lağidze, A. Çavçavadze küçəsi və Şota
Rustaveli prospektindən konservatoriyanın və 5 şəxsi obyektin
müşahidə videokamera çəkilişləri təcili olaraq götürülüb. Digər
özəl və ictimai obyektlərdən də video çəkilişlər tələb olunur və
öyrənilir. Telefonların hərəkəti və istintaqı maraqlandıran
şəxslərin öyrənilməsi üçün mobil operatorlardan məlumatların
sorğulanması prosesi davam etdirilir.
Xəsarət alan jurnalist və operatorun sağlamlıq vəziyyətinin
qiymətləndirilməsi üçün tibbi ekspertiza təyin edilib.
Xüsusi İstintaq Xidməti jurnalistlərə hücumda iştirak etmiş
şəxslərin müəyyən edilərək tutulması, sübutların əldə edilməsi
məqsədilə əməliyyat-istintaq və prosessual hərəkətlərini fasiləsiz
rejimdə davam etdirir.
Dekabrın 7-də Tbilisinin Besik küçəsində maskalı şəxslər etiraz
aksiyasının yaxınlığında “TV Pirveli” telekanalının çəkiliş
heyətinə, jurnalist Maka Çixladzeyə və operator Qiorqi Şeciruliyə
hücum ediblər. Onlar kəllə-beyin travması da daxil olmaqla bir sıra
xəsarətlər alıblar.