Bu gün, 9 dekabr tarixində gecə saat 00:14-də Acara hökumətinin
inzibati binasının yanında bir nəfəri həbs ediblər.
Vəziyyət gərginləşən zaman aksiya praktiki olaraq sona çatırdı.
Batumi polis rəisi İrakli Dqebuadzenin izahına görə, saxlanılan
şəxs polisi şifahi təhqir edib.
"173-cü maddə üzrə polisə təhqirə görə saxlanılıb.
Sübutları məhkəmədə təqdim edəcəyik," – deyə İrakli
Dqebuadze "Batumelebi"yə
bildirib.
Batumidə artıq 12-ci gecədir ki, etiraz aksiyası keçirilir. Batumi
aksiyasında inzibati qaydada 11 nəfər saxlanılıb.
Tbilisidə isə antirus etiraz aksiyasında 500-dən çox insan
saxlanılıb. Onların çoxu şiddətlə döyülüb.
Batumi aksiyası artıq sona çatır.