Şalva Papuaşvilinin sözlərinə görə, parlamentin payız sessiyası
dekabrın 13-də bağlanacaq, dekabrın 14-də isə seçicilər kollegiyası
Gürcüstan prezidentini seçəcək.
Bu barədə Papuaşvili büronun iclasında məlumat verib.
"Bu həftə bizdə sonuncu sessiya həftəsidir, cümə günü
payız sessiyası bağlanacaq. Həmçinin, şənbə günü, dekabrın 14-də
Seçki Kollegiyası prezidenti seçəcək. Bildiyiniz kimi, artıq Seçki
Kollegiyasında kadrlar var. MSK seçkiləri Parlament binasında
keçirəcək. Seçkilərlə bağlı bizim MSK ilə müvafiq əlaqəmiz var.
Parlamentin işinə gəlincə, dediyim kimi, bu həftə sonuncu sessiya
həftəsi olacaq. Sürətli şəkildə nəzərdən keçirilməli olan yeni
təşəbbüslər var”, - deyə Şalva Papuaşvili
bildirib.