Türkiyə-Gürcüstanı birləşdirən yolda torpaq sürüşməsi baş verib
13:21 / 09.12.2024
Türkiyədə, Artvin bölgəsində, Gürcüstan sərhədinə yaxın ərazidə
torpaq sürüşməsi baş verib.
Nəticədə Qara dəniz sahilində hər iki
istiqamətdə avtomobillərin hərəkəti bağlanıb.
Türkiyə mətbuatının məlumatına görə, yamacdan sürüşən torpaq və
qaya kütləsi yolla hərəkətt edən avtomobilə ziyan vurub. Ərazidə
təmizlik işləri aparılır.