Marneuli yerli özünüidarəsi bələdiyyənin mülkiyyətində olan torpağı
satır.
Marneuli meriyası 2 dekabr tarixində Marneuli şəhəri, Rustaveli
küçəsində yerləşən 201 kv. m. qeyri-kənd təsərrüfatı təyinatlı
torpaqların özəlləşdirilməsi ilə bağlı hərrac elan edib və hərrac
16 dekabr tarixində başa çatacaq.
Satılacaq torpaq sahəsi Marneuli şəhərinin Rustaveli və Qiorqadze
küçələrinin kəsişməsində, Qiorqadze küçəsi 1 ünvanında yerləşən
yaşayış binasının qarşısında yerləşir.
“Torpaq sahəsi Marneuli şəhəri, Rustaveli küçəsində
yerləşir və sahəsi 201 kvadratmetrdir.
Torpaq sahəsində həm yerin altında, həm də yerin üstündə xətt
qurulmalı olduqda, alıcı icazələrin alınmasını və rabitənin
çəkilməsini öz vəsaiti ilə təmin etməlidir”, –
hərracın izahatında qeyd olunub.
Marneuli meriyası hərracın başlanğıc qiyməti olaraq 50 250 lari
göstərib. Ticarət təklifinin qiyməti 2 512 lari 50 tetri təşkil
edir.
Qeyd edək ki, Marneuli meriyası həmin ərazidə ikinci torpaq
sahəsinin satılması üçün daha bir hərrac elan etmişdi. İkinci
torpaq sahəsi də Rustaveli və Qiorqadze küçələrinin kəsişməsində,
yol kənarında yerləşirdi.
Hərracın izahında torpaq sahəsinin müəyyən bir sahəsinin bir şəxs
tərəfindən özbaşına istismar olunduğu göstərilmişdi.
Həmin torpaq sahəsinin satılması üçün elan edilmiş hərrac Marneuli
meriyası tərəfindən dayandırılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415