Marneuli meriyası bələdiyyəyə məxsus torpaq sahəsini hərrac yolu ilə satır
Marneuli yerli özünüidarəsi bələdiyyənin mülkiyyətində olan torpağı satır. Marneuli meriyası 2 dekabr tarixində Marneuli şəhəri, Rustaveli küçəsində yerləşən 201 kv. m. qeyri-kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi ilə bağlı hərrac elan edib və hərrac 16 dekabr tarixində başa çatacaq.

Satılacaq torpaq sahəsi Marneuli şəhərinin Rustaveli və Qiorqadze küçələrinin kəsişməsində, Qiorqadze küçəsi 1 ünvanında yerləşən yaşayış binasının qarşısında yerləşir.

“Torpaq sahəsi Marneuli şəhəri, Rustaveli küçəsində yerləşir və sahəsi 201 kvadratmetrdir.

Torpaq sahəsində həm yerin altında, həm də yerin üstündə xətt qurulmalı olduqda, alıcı icazələrin alınmasını və rabitənin çəkilməsini öz vəsaiti ilə təmin etməlidir”,
– hərracın izahatında qeyd olunub.

Marneuli meriyası hərracın başlanğıc qiyməti olaraq 50 250 lari göstərib. Ticarət təklifinin qiyməti 2 512 lari 50 tetri təşkil edir.

Qeyd edək ki, Marneuli meriyası həmin ərazidə ikinci torpaq sahəsinin satılması üçün daha bir hərrac elan etmişdi. İkinci torpaq sahəsi də Rustaveli və Qiorqadze küçələrinin kəsişməsində, yol kənarında yerləşirdi.

Hərracın izahında torpaq sahəsinin müəyyən bir sahəsinin bir şəxs tərəfindən özbaşına istismar olunduğu göstərilmişdi.

Həmin torpaq sahəsinin satılması üçün elan edilmiş hərrac Marneuli meriyası tərəfindən dayandırılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google