Meriya Yeni il, Novruz və dini bayramları qeyd etmək üçün banerlərə 18 000 lari xərcləməyi planlaşdırır
Marneuli meriyası bayramlar üçün təbrik banerlərinin hazırlanması üçün 18 000 lari dəyərində tender elan edib. Yerli özünüidarə bələdiyyə əhalisini Yeni il, Novruz bayramı, Milad, Marneuloba, Pasxa və Mariamoba bayramları ilə bağlı reklam banerləri ilə təbrik edəcək.
Tender sənədlərinə əsasən meriya aşağıdakı sayda reklam lövhələri alacaq:
  • 6 ədəd - Novruz bayramı baneri
  • 6 ədəd - Pasxa baneri
  • 3
    ədəd – Mariamoba baneri
  • 5 ədəd - Mariamoba baneri
  • 5 ədəd - Yeni il baneri
  • 5 ədəd – Milad baneri
Bayramlara uyğun olaraq bələdiyyədə banerlər quraşdırılacaq. Maraqlanan şirkətlər 14-16 dekabr tarixlərində tenderdə iştirak edə biləcəklər.

Qalib şirkət işləri 1 yanvar 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinə qədər özünüidarəyə təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google