Marneuli bazar ərazisində küçə ticarətçilərindən yenidən ərazini
tərk etməyi tələb edirlər.
Özünüməşğullardan bəziləri piştaxtaları götürür, bəziləri isə
ticarətini davam etdirir.
Küçə ticarətçilər bizimlə söhbət zamanı bildirirlər ki, tətbiq
olunan vergilərə görə bazarın daxili ərazisinə keçmək
istəmirlər.
Marneuli meriyasının Nəzarət Xidməti bu gün cərimə tədbirlərindən
istifadə etməyib. Meriyanın Nəzarət Xidmətinin baş mütəxəssisi
Qiorqi Mumladze “Marneuli” radiosuna müsahibəsində bildirib
ki,
onların “prioriteti” cəzalandırmaq deyil. O, bildirir ki, küçə
ticarəti ilə məşğul olan şəxslərə ərazini təmizləmək üçün 9 dekabr
tarixinə kimi vaxt verilib. Bundan əvvəl şifahi xəbərdarlıqlar
edilsə də, fərdi sahibkarlar buna əməl etməyiblər.
“Qanunla küçə ticarəti qadağandır. Nəzarət Xidməti ərazini
boşaltmaq üçün vaxt verib. Rəsmi xəbərdarlıq edilmişdi, keçən həftə
dəfələrlə xəbərdarlıq olundu. Onlara bazar ərazisinə daxil olaraq
ticarət fəaliyyəti ilə məşğul olmaq üçün də alternativ təklif
edilib. İnzibati cərimə sanksiyalarına gəlincə, indiki mərhələdə
biz yerindəcə əlavə xəbərdarlıq protokolları tərtib etmişik, əlavə
bir gün müddət vermişik. Günün sonuna kimi onlar cavab verməli və
qeyri-qanuni, icazəsiz tutduqları ərazini tərk etməlidirlər. İndiki
mərhələdə bizim üçün cərimələmək əsas prioritet deyil. Bizim
prioritetimiz necə razılaşdığımızdır, onların biznes
fəaliyyətlərini davam etdirə biləcəkləri şəraitin yaradılmasına
mümkün qədər diqqət yetiririk. Bu gün yekun xəbərdarlıq
etdik”, – Qiorqi Mumladze bildirib.
Marneuli meriyası cərimə təyin etmək səlahiyyətinə malikdir.
Bələdiyyənin bu mexanizmdən istifadə edib-etməyəcəyi məlum olmasa
da, cərimənin məbləği 500-2000 lari arasında müəyyən edilib.
Yerli hökumət illərdir ki, küçə ticarəti qadağan etməyə çalışsa da
heç bir nəticə verməyib. Nəticə müvəqqətidir və özünüməşğullar
müəyyən dövrdən sonra əraziyə qayıdırlar.
Kustar qaydada düzəldilmiş piştaxtalarda əsasən pendir, kəsmik,
xama və digər süd məhsulları temperatur rejimi saxlanmadan satılsa
da müştərisi çoxdur. Ərazidə nəqliyyat vasitələrinin və piyadaların
hərəkəti çətinləşir. Məhsullar antisanitar şəraitdə satılır.
@marneulifm 👉Marneuli bazar ərazisində küçə ticarətçilərindən yenidən ərazini tərk etməyi tələb edirlər. 🎯Özünüməşğullardan bəziləri piştaxtaları götürür, bəziləri isə ticarətini davam etdirir. 🗣Küçə ticarətçilər bizimlə söhbət zamanı bildirirlər ki, tətbiq olunan vergilərə görə bazarın daxili ərazisinə keçmək istəmirlər. 💰Marneuli meriyasının Nəzarət Xidməti bu gün cərimə tədbirlərindən istifadə etməyib. #Marneuli #Pul #Cərimə ♬ orijinal ses - "Marneuli" radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415