Bu gün Avropa İttifaqının səfiri Tbilisidəki İnsan Haqları Evində
olub - o, mitinqlər zamanı polis qüvvələrinin vətəndaşlara
və jurnalistlərə qarşı fiziki zorakılığını pisləyib və bunun
"iyrənc" olduğunu qeyd edib.
“Avropa İttifaqı Gürcüstanda və bütün dünyada insan
haqlarını müdafiə edənlərin yanındadır. Hazırda Gürcüstanda
müşahidə etdiyimiz hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti
nümayəndələrinə və fəallarına, jurnalistlərə və siyasətçilərə qarşı
zorakı hərəkətlər, hədə-qorxu və təhdidlər iyrəncdir və əsas
demokratik dəyərlərlə açıq şəkildə bir araya sığmır. Bu cür
hərəkətlərə dözümlülük və cəzasızlıq olmamalıdır”, -
deyə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Bu gün səfir Herçinski ictimai müdafiəçi ilə də görüşəcək, bundan
sonra şərh verəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415