"Gürcü Arzusu"icraçı katibi Mamuka Mdinaradzenin sözlərinə görə,
parlament bu
həftə dövlət sektorunda yenidənqurma prosesini sadələşdirmək
məqsədilə qanun layihəsini müzakirə edəcək. Mdinaradze bildirib ki,
bu dəyişikliklər dövlət sektorunun "saglamlaşdırılmasına" və
effektivliyinin artırılmasına kömək edəcək.
Lakin bu təklif müxalifət partiyaları və qeyri-hökumət təşkilatları
tərəfindən ciddi tənqidlərə məruz qalıb. Onlar narahatdırlar ki,
yenidənqurma prosesinin sadələşdirilməsi siyasi təzyiq vasitəsinə
çevrilə bilər, xüsusilə
hökumət siyasətinə qarşı çıxan və ya etiraz
aksiyalarında iştirak edən dövlət qulluqçularına qarşı.
Bu narahatlıqlar Tbilisi meri Kaxa Kaladzenin bəyanatlarında öz
təsdiqini tapır. Kaladze etiraz bəyanatlarına imza atan Tbilisi
meriyasının əməkdaşlarını dəfələrlə xəbərdar edib. "Sabotaj
cəhdləri cavabsız qalmayacaq. Əlbəttə ki, konstitusiya və qanun
çərçivəsində," – deyə Kaladze dekabrın 4-də bildirib. O, dekabrın
1-də də açıqlama verərək, meriyada yenidənqurma prosesinə
başlanıldığını və bunu "özünüifşa" adlandırıb.
"Gürcü Arzusu" bu qərarı
və siyasəti müxtəlif nazirlik və qurumlardan yüzlərlə dövlət
qulluqçusu tərəfindən tənqid olunub. Bir çox qeyri-hökumət
təşkilatı və hüquq müdafiəçisi hökumət əməkdaşlarının ifadə
azadlığının məhdudlaşdırılması və siyasi təzyiq riski ilə
üzləşdiklərini qeyd ediblər.
Qeyri-hökumət təşkilatları bildirirlər ki, dövlət qulluqçularının
öz təşəbbüsü ilə işdən azad olunma barədə ərizə yazmağa məcbur
edilməsi Gürcüstan Cinayət Məcəlləsinin 169-cu maddəsi ilə cinayət
sayılır.
Hüquqşünaslar dövlət qulluqçularına tövsiyə edirlər ki, təzyiqə
tabe olmasınlar, təhdid halları sənədləşdirilsin və ombudsman və
hüquqşünaslara müraciət etsinlər.