Aksiyada həbs edilən Elvin Kərimov azadlığa buraxılıb
11 dekabr tarixində Qaraçöpdən olan Elvin Kərimov azadlığa buraxılıb.
O, dekabrın 3-dən 4-nə keçən gecə Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən zor tətbiq edilərək saxlanılmışdı. 5 dekabr tarixində isə Tbilisi Şəhər Məhkəməsində Elvin Kərimovun məhkəməsi keçirildi və ona 8 günlük inzibati həbs cəzası verildi. Elvin Kərimovun sözlərinə görə, ona fiziki təzyiq göstərib və təhqir ediblər.

“20 dəqiqə və yaxud yarım saat olardı, Rustaveli metrosuna doğru gedirdik. Birdən orada qarışıqlıq baş verdi. Bilmirəm, necə oldu. Orada bir qadın, yoxsa kişi idi, yıxıldı ona kömək etmək istəyəndə məni arxadan tutdular. Elə bildim, bizim uşaqlardan biridir. Hamı soyadımı soruşurdu. Soyadımı soruşduqda dedilər “sən nə gəzirsən burada “tatar”. Get, Əliyevə qarşı çıx. Burada nə işin var, nəyə görə inqilab edirsən”. 20 dəqiqə bu davam edəndən sonra məni polis maşınına doğru apardılar. Təhqir edirdilər ki, “sən get heyvanlarınızı otar, gedib niyə yerinizi əkmirsən?” bu kimi təhqirlər və digər bir sıra söyüşlər söyürdülər”,
- Elvin Kərimov dedi. 


Xatırladaq ki, Elvin Kərimov cəzasını Zestfafonidə çəkib.

Artıq 14 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu dəyişməsi ilə əlaqədar Gürcüstanda etiraz aksiyaları keçirilir.


Mövzu ilə bağlı digər xəbərlər:


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google