Okuaşvili Qabuniaya cavab verib: “Mtavari” kanalını bağlamaq qərarını mən verməmişəm
“Mtavari” kanalının təsisçisi Zaza Okuaşvili telekanalın baş direktoru Qiorqi Qabunianın bəyanatına cavab verərək, teleşirkəti bağlamaq barədə qərar vermədiyini bildirir.

Onun sözlərinə görə, onun arzusu kanalın “telekompaniya hesabına şəxsi sərvət toplamağa çalışmayan” tam heyət və rəhbərliklə rəvan işləməsini davam etdirməkdir. Bu barədə “İnterpress News” məlumat yayıb.

“Qiorqi Qabunianın bəyanatına cavab olaraq bildirirəm ki, “Mtavari” kanalını bağlamaq qərarını mən verməmişəm və Qiorqi Qabunianın bəyanatı
mənə qarşı böhtandır və Nika Qvaramianın planının bir hissəsidir ki, bu plana görə onların biznesi və maraqları Qiorqi Qabunianın təqdim etdiyi kimi görünsün.

Bu gün Nika Qvaramia və Qiorqi Qabunianın birdən-birə ictimaiyyətə çıxardığı “Mtavari” kanal ilə bağlı problemli məsələ kanalın maraqlarına xidmət etmir və ona qarşı atılan addımdır. Partnyor kimi mənim tərəfimdən kanalla bağlı heç bir müdaxilə və ya hər hansı addım atılmayıb və orada bir neçə aydır ki, kanal rəhbərliyinə qarşı gedən şikayətlər hələ də eynidir.

Bir neçə gün əvvəl mən bir qrup jurnalistlə əlaqə saxladım və onlara bildirdim ki, Nika Qvaramia və Qiorqi Qabunia “Mtavari” kanalını soyub süni şəkildə iflasa gətirib çıxarsalar da, televiziyanı bağlamaq haqqında düşünmürəm. Üstəlik, mən kanalın ehtiyaclarını ödəmək üçün lazımi dəstək tapmağa hazır olduğumu bildirdim.

“Mtavarinin” problemi ondan ibarətdir ki, - əvvəlcə Nika Qvaramia, sonra isə Qiorqi Qabunia teleşirkəti iflasa gətirib çıxarıblar. Onların fəaliyyəti əməkdaşların səbri və ölkədəki mövcud vəziyyət bahasına medianı ört-basdır edib hansısa televiziyanı soymağın, televiziyadan istifadə edib beynəlxalq miqyasda milyonlarla pulların yuyulması maşınına çevrilməsinin nümunəsidir.

İctimaiyyətə xatırlatmaq istərdim ki, şəxsən mənim Bidzina İvanişviliyə qarşı davam edən bir neçə beynəlxalq mübahisə var və Qiorqi Qabunianın mənim İvanişvili ilə əlaqəmlə bağlı mənə qarşı pis paketli ittihamı komikdir və məntiqdən uzaqdır. Əksinə, Nika Qvaramianın bol və maneəsiz maliyyə mənbələri və “ana müxalifət partiyası” olmaq məsələsi ilə bağlı suallar verərdim.

Görünür, “Mtavarinin” keçmiş və indiki direktorları əlverişli məqam axtarırdılar və təəssüf ki, Gürcüstanın bu gün üzləşdiyi çətin dövrü seçiblər.

Arzum budur ki, telekanal bundan sonra da teleşirkətin hesabına şəxsi sərvət toplamağa cəhd etməyən tam heyət və rəhbərliklə rəvan işini davam etdirsin”,
- deyə məlumatda qeyd olunub.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google