Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Q. X. saxlanılıb.
Cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, bu il dekabrın 4-də
Rustaveli prospektində mitinq zamanı təqsirləndirilən şəxs
yoldaşları ilə birgə 112 saylı İctimai Təhlükəsizliyi İdarəetmə
Mərkəzinin balansında olan 7 ədəd videomüşahidə kamerasını
zədələyib.
Polis Q.X.-nı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində
Tbilisidə saxlayıb. Daxili İşlər Nazirliyindən bizə göndərilən
məlumatda qeyd olunur ki, cinayətdə iştirak edən digər şəxslərin
müəyyən edilərək tutulması istiqamətində Daxili İşlər Nazirliyi
tərəfindən əməliyyat-axtarış tədbirləri davam
etdirilir".
İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “c”
bəndi, yəni obyektə qrup şəklində zərər vurma ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415