Repçi "NATO", Temur Tataraşvili - meriya yolkanın təntənəli şəkildə işıqlandırılması üçün 95 580 lari ödəyəcək
Marneuli meriyası 13 dekabr tarixində əsas yolkanı təntənəli şəkildə işıqlandıracaq. Tədbirin proqramı saat 14:00-da meriya yaxınlığında, yerli sahibkarların yeni il əşyalarının, milad peçenyeləri, isti şərab, isti şokoladla yanaşı sərgi və satışı ilə başlayacaq.

Tədbiri meriyanın 95 580 larilik tenderinin qalibi olan “Store” MMC şirkəti təşkil edir. Marneuli yolkasının təntənəli işıqlandırılmasında musiqili proqram da olacaq. Meriyadan verilən məlumata
görə, musiqi nömrələri Afik Novruzov, Temur Tataraşvili, Zuka Xutsişvili və qrupu, yerli DJ Arkan Qurbanovun ifasında təqdim olunacaq.

Tenderdə verilən qiymət cədvəlinə əsasən, musiqi qrupuna 6500 lari ödəniləcək.

“5 musiqiçi, 1 solistdən ibarət musiqi qrupu; Yaş - 25 yaşdan. Qrup müəllif və “cover” mahnılar ifa edib, repertuarda bir neçə ingilisdilli mahnı var. Repertuar sifariş verən ilə razılaşdırılacaq. Repertuar müddəti - 60 dəqiqə, mahnılar canlı vokalla ifa olunacaq”, – smeta sənədllərində yazılıb.

Təbilçilərin çıxışı üçün bələdiyyə 1400 lari, 2 aparıcıya isə 2000 lari ödəyəcək.

1 solo müğənniyə 2500 lari ödəniləcək.

Tədbirdə 8 yerli sahibkar da iştirak edəcək. (Özlərinin istehsal etdiyi əşyaların və zərgərlik əşyalarının sərgisinin təşkili (1 sahibkara əlavə dəyər vergisindən kənar 200 lari ödənəcək).

Meriya tenderində ümumilikdə beş şirkət iştirak edib və qalib gələn “Store” MMC Marneuli Bələdiyyəsinə aşağıdakı tədbirləri təqdim edəcək:
  • 14:00 - Tədbirin rəsmi açılışı, yerli sahibkarların yeni il əşyalarının sərgisi və satışı, şirin ev - pulsuz milad peçenyeləri, isti şərab və isti şokolad;
  • 14:00 - 14:30 - Marneuli Mədəniyyət Mərkəzinin uşaq vokal studiyasının konserti;
  • 15:30 - 16:00 – “Dram School”-un çıxışı;
  • 16:00 - 17:30 - Pantomima teatrının nümayişi;
  • 16:30 - 18:30 - Musiqi və əyləncə proqramları ilə animatorlar şousu;
  • 16:30 - 17:45 - Şaxta baba və uşaqlar üçün hədiyyələr;
  • 17:30 - 17:50 – İllüzionistlər şousu;
  • 17:50 - Əsas yolkanın təntənəli işıqlandırılması;
Musiqili proqramı:
  • 18:05 -18:15 - Afik Novruzov
  • 18:15 – 18:30 - Temur Tataraşvili
  • 18:30 – 19:30 - Zuka Xutişvili
  • 19:30 – 20:15 - yerli DJ, Arkan Qurbanov

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google