Hakimiyyət tərəfindən idarə olunan və müxalifətə, mediaya hücum
edən maskalı və aqressiv şəxsləri niyə “tituşka” çağırırlar?
Bu materialda bu terminin haradan və necə gəldiyini sizə qısaca
izah edəcəyik.
Ukraynanın "xalq" lüğətinin tərifinə görə, "Mislovo" [adi
istifadəçilər tərəfindən redaktə olunur]:
"Tituşkalar" — həddindən artıq vətəndaş fəallığının olduğu yerdə
görünən atletik kişilər. Bu söz cəm halında istifadə olunur, çünki
"tituşkalar" yalnız qruplarda hərəkət edə bilər. Seçkilər öncəsi
əmək bazarında “tituşka”ya tələbatda mövsümi artım müşahidə
olunur.
Termin yenidir - onun cəmi 12 yaşı var.
Hər şey Ukraynada, Viktor Yanukoviçin prezidentliyi dövründə - 18
may 2013-cü ildə başladı. Daha sonra Kiyevdə keçirilən etiraz
aksiyaları zamanı idmançı Vadim Tituşko müxalifət nümayəndələri və
hadisələri işıqlandıran jurnalistlərlə fiziki üz-üzə gəlib. O, həbs
olunub, lakin sonradan həbsdən azad olunub və yalnız şərti cəza
alıb. Onunla birlikdə bu prosesdə 50-yə yaxın insan iştirak
edib.
Vadim Tituşkonun soyadından irəli gələn “Tituşka” termininin özü
2013-cü ilin noyabr-dekabr aylarında – etiraz hadisələri ilə
birlikdə
istifadəyə verilib. Həm Ukrayna, həm də Rusiya mediası
“tituşka” sözünü ilin ikinci ən populyar sözü elan edib. O vaxtdan
Ukrayna və Rusiyada, eləcə də digər postsovet ölkələrində
maskalıların aqressiv qrupları belə adlanır.
Gürcüstanda "tituşka" söznün sinonimi “zonder”dir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415