Bu gün, 13 dekabr tarixində Marneuli şəhərində Rustaveli küçəsinin
bir hissəsi Yeni il yolkasının işıqlarının yandırılması tədbiri ilə
əlaqədar bağlanıb.
Səhər saatlarından etibarən Marneuli meriyası yaxınlığında, Yeni il
yolkasının qoyulduğu ərazidə nəqliyyatın hərəkəti
məhdudlaşdırılıb.
Marneuli meriyası dekabrın 13-də əsas yolkanı təntənəli şəkildə
işıqlandıracaq. Tədbirin proqramı saat 14:00-da Meriya
yaxınlığında, yerli sahibkarların istehsalı olan Yeni il
əşyalarının, milad peçenyeləri,
isti şərab və isti şokoladla yanaşı
sərgisi- satışı ilə başlayacaq.
Yeni il yolkasının işıqlarının yandırılması tədbirinin proqramını
təqdim edirik:
- 14:00 - Tədbirin rəsmi açılışı, yerli sahibkarların
istehsalı olan Yeni il əşyalarının sərgisi və satışı, şirin ev -
pulsuz milad peçenyesi, isti şərab və isti şokolad.
- 14:00 - 14:30 - Marneuli Mədəniyyət Mərkəzinin uşaq
vokal studiyasının konserti;
- 15:30 - 16:00 - "Drum School"-un çıxışı;
- 16:00 - 17:30 - Pantomima teatrının
çıxışı;
- 16:30 - 18:30 - Musiqi və əyləncə proqramları ilə
animatorların şousu;
- 16:30 - 17:45 - Şaxta baba və uşaqlar üçün
hədiyyələr;
- 17:30 - 17:50 - İllüzionist şou;
- 17:50 - Yeni il yolkasının işıqlarının
yandırılması.
Musiqi proqramı:
- 18:05 -18:15 - Afiq Novruzov
- 18:15 – 18:30 - Temur Tataraşvili
- 18:30 – 19:30 - Zuka Xutişvili və qrup
- 19:30 – 20:15 - yerli DJ, Arkan Qurbanov
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415