Marneuli meriyası 2025-ci ildə itləri sığınacağa aparılmasına 58 400 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi 2025-ci ildə bələdiyyədə 400 sahibsiz itin sığınacaqlara daşınması xidmətlərini almağı planlaşdırır.

Marneuli meriyası hər il sahibsiz itlərin sığınacağa aparılması (ehtiyac yarandıqda evtanaziya və heyvanların basdırılması) xidmətlərini alır. 2024-cü il ərzində meriya yuxarıda göstərilən xidmətlərin alınması üçün iki tender elan edib. Meriya 300 sahibsiz itin sığınacağa aparılması üçün ilk olaraq 42 372 lari
dəyərində, 40 itin sığınacağa aparılması üçün isə 5 320 lari dəyərində ikinci tenderi elan edib.

Tenderə əsasən, meriya 2025-ci ildə sığınacağa 2024-cü ildən 60 sahibsiz it artıq aparmağı planlaşdırır. Yerli özünüidarə 2025-ci ildə sığınacağa 400 itin daşınması xidməti üçün 58 400 lari dəyərində tender elan edib.

Tender sənədlərinə əsasən, şirkət bələdiyyəyə aşağıdakı xidmətləri göstərməlidir:
  • 1. Marneuli bələdiyyəsinin ərazisində sahibsiz itlərin (yalnız alıcının istəyi ilə) beynəlxalq standartların tələblərinə uyğun olaraq (insani üsullarla) tutulması.
  • 2. Tutulmuş heyvanların xüsusi nəqliyyat vasitəsi ilə sığınacağa daşınması.
  • 3. Müvafiq müayinələrdən keçərək sığınacağa aparılmış heyvanların sterilizasiya, axtalama, peyvənd və digər baytarlıq xidmətləri həyata keçirilir, qulağına işarə vurulduqdan sonra qeydiyyata alınmış heyvanlar tutulduğu əraziyə qaytarılmalıdır. Baytarlıq xidmətləri yalnız baytarlıq mütəxəssisləri tərəfindən həyata keçirilməlidir.
  • 4. Sığınacaq tam təchiz edilməli, su təchizatı və elektrik cərrahiyyə otağına daxil edilməli, xüsusi nəzarətə alınan dərmanlar ayrıca otaqda saxlanmalı və xüsusi metal seyfdə mühafizə edilməlidir;
  • 5. Heyvan sığınacaqlarında olan heyvanlar identifikasiya edilməli və quduzluğa qarşı peyvənd edilməlidir.
  • 6. Baytar həkiminin rəyi əsasında ağır xəstə heyvanların evtanaziyası və heyvanların biotermik məzarlığa köçürülməsi.
  • 7. Heyvanlar alıcının göstərdiyi yerlərdən tutulmalı, heyvanların qeydiyyatına ciddi nəzarət edilməlidir.
Tenderdə qalib gələn şirkət ayda ən azı iki dəfə bələdiyyə ərazisində reydlər keçirərək sahibsiz itləri tutmalı olacaq.

Qeyd edək ki, şirkət sahibsiz heyvanları itlərin sterilizasiyası və işarələnməsindən sonra tutulduqları əraziyə qaytarmalıdır.

Marneuli meriyasının elan etdiyi tenderdə iştirak etmək istəyən şirkətlər dekabrın 18-dən 20-dək öz təkliflərini təqdim edə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google