Gürcüstanda davam edən Avropayönümlü aksiyalar fonunda ABŞ Dövlət
Departamenti Gürcüstanın daha iyirmi vətəndaşına,
o cümlədən nazirlər, parlament üzvləri, hüquq-mühafizə orqanları və
təhlükəsizlik xidmətlərinin rəsmiləri və özəl vətəndaşlara viza
məhdudiyyəti qoyub.
Onların kimliyi dəqiqləşdirilmir.
Dekabrın 12-də Dövlət Departamentinin saytında dərc edilmiş
bəyanata görə, Gürcüstanda demokratiyanın pozulmasında günahkar və
ya şərik olan şəxslərə viza verilməsi qadağan edilib.
Birləşmiş Ştatlar “Gürcü arzusu”nun Gürcüstan vətəndaşlarına, o
cümlədən etiraz aksiyalarının iştirakçılarına, media
nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət nümayəndələrinə
qarşı qəddar və əsassız zorakılığını kəskin şəkildə pisləyir.
Dövlət Departamentinin fikrincə, “Gürcü arzusu” Gürcüstan xalqının
əksəriyyətinin arzuladığı və Gürcüstan Konstitusiyasında nəzərdə
tutulan Avro-Atlantik gələcəyinə arxa çevirib:
“Biz Gürcüstanda demokratiyanı sarsıdanlara cavab
vermək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq.
Biz gürcü xalqı ilə birlikdə Avro-Atlantik birliyə möhkəm
inteqrasiya olunacaq güclü, firavan və demokratik Gürcüstanı görmək
istəyirik. Bizim bugünkü hərəkətlərimiz Amerikanın qətiyyətini
nümayiş etdirir və indiyə qədər elan edilmiş, “Gürcü Arzusu” ilə
əlaqəli 100-dən çox insana və onların ailə üzvlərinə təsir edən
addımlara əlavədir”.
Amerika Birləşmiş
Ştatları 2024-cü ilin iyununda “Gürcü arzusu”
hökumətinin nümayəndələrinə və onların ailə üzvlərinə qarşı
Agentlər Qanunu qəbul edildikdən sonra viza sanksiyaları tətbiq
edib.
Aylardır, sözdə Agentlər qanunu və “Gürcü arzusu” nümayəndələrinin
saxta ittihamlarına əsaslanan anti-Qərb ritorikasına görə, ABŞ
dəfələrlə Gürcüstan hökumətini Avropa və Avro-Atlantik inteqrasiya
yoluna qayıtmağa çağırıb və noyabrda Gürcüstanla strateji
tərəfdaşlığı dayandırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415