İvanişvili Kavelaşviliyə: Ölkəmizə əsl gürcü, vətənpərvər və ləyaqətli bir prezident qazandırılması münasibətilə təbrik edirəm.
"Gürcü Arzusu" Partiyasının fəxri sədri Bidzina İvanişvili Seçki Kollegiyası tərəfindən Mixeil Kavelaşvilinin prezident vəzifəsinə seçilməsini təbrik edib.

İvanişvilinin fikrincə, Kavelaşvilinin inauqurasiyasından sonra ölkədə qütbləşmə, insanların ayrılması və radikallaşmanın süni cəhdləri bir dəfəlik sona çatacaq.

"Mixeil Kavelaşvilini Gürcüstan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Ölkəmizi əsl gürcü, vətənpərvər və ləyaqətli bir prezidentlə təbrik edirəm. Bu gün keçirilən seçkilərdən
sonra Gürcüstanın Avropa tərzindəki konstitusiyası tam şəkildə qüvvəyə minmiş oldu və bu, ölkənin tamamilə parlament idarəetməsinə keçidini nəzərdə tutur. Mixeil Kavelaşvilinin inauqurasiyasından sonra isə ölkəmizdə qütbləşmə, insanların ayrılması və radikallaşmanın süni cəhdləri bir dəfəlik sona çatacaq. Əminəm ki, Mixeil Kavelaşvili konstitusiya çərçivəsində fəaliyyət göstərəcək bir prezident olacaq və bununla yanaşı, cəmiyyətimizin birləşməsində və dinc birgəyaşayışında xüsusi rol oynayacaq," – deyə Bidzina İvanişvili bildirib.
Print Email
FaceBook Twitter Google