"Gürcü Arzusu" Partiyasının fəxri sədri Bidzina İvanişvili Seçki
Kollegiyası tərəfindən Mixeil Kavelaşvilinin prezident vəzifəsinə
seçilməsini təbrik edib.
İvanişvilinin fikrincə, Kavelaşvilinin inauqurasiyasından sonra
ölkədə qütbləşmə, insanların ayrılması və radikallaşmanın süni
cəhdləri bir dəfəlik sona çatacaq.
"Mixeil Kavelaşvilini Gürcüstan Prezidenti seçilməsi münasibətilə
təbrik edirəm. Ölkəmizi əsl gürcü, vətənpərvər və ləyaqətli bir
prezidentlə təbrik edirəm. Bu gün keçirilən seçkilərdən
sonra
Gürcüstanın Avropa tərzindəki konstitusiyası tam şəkildə qüvvəyə
minmiş oldu və bu, ölkənin tamamilə parlament idarəetməsinə
keçidini nəzərdə tutur. Mixeil Kavelaşvilinin inauqurasiyasından
sonra isə ölkəmizdə qütbləşmə, insanların ayrılması və
radikallaşmanın süni cəhdləri bir dəfəlik sona çatacaq. Əminəm ki,
Mixeil Kavelaşvili konstitusiya çərçivəsində fəaliyyət göstərəcək
bir prezident olacaq və bununla yanaşı, cəmiyyətimizin
birləşməsində və dinc birgəyaşayışında xüsusi rol oynayacaq," –
deyə Bidzina İvanişvili bildirib.