Qudauridə hind restoranında 12 nəfərin meyiti tapılıb – ölən 12 nəfərdən 11-i əcnəbi, biri isə Gürcüstan vətəndaşıdır
Qudauridə hind restoranında 12 nəfərin meyiti tapılıb – ölən 12 nəfərdən 11-i əcnəbi, biri isə Gürcüstan vətəndaşıdır

Qudauridə hind restoranında 12 nəfərin meyiti tapılıb. Ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olmanı nəzərdə tutan 116-cı maddəsi ilə istintaq başlayıb.
“DİN-in Msxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları Qudauridə 12 nəfərin ölümü ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olmanı nəzərdə tutan
116-cı maddəsi ilə istintaqa başlayıblar.
Qudauridəki hind restoranının ikinci mərtəbəsində eyni müəssisədə işləyən 12 nəfərin cəsədi yataq otağında tapılıb.
İlk baxışdan cəsədlərdə heç bir zorakılıq əlamətləri müşahidə olunmur.
Həmçinin, istintaqın ilkin məlumatına görə, yataq otaqlarının yaxınlığındakı qapalı məkanda generator yerləşdirilib ki, bu da obyektə elektrik enerjisinin verilişi dayandırıldıqdan sonra işə salınıb.
Ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır.
Faktla bağlı istintaq davam etdirilir, ekspert-kriminalistlər hadisə yerində işləyir, iş ilə əlaqədə olan şəxslərin dindirilməsi davam edir. Müvafiq ekspertizalar təyin edilib. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası da təyin edilib”, – məlumatda deyilir.
Print Email
FaceBook Twitter Google