Gürcüstanın su polosu yığması Rumıniyanı məğlub edib və dünya çempionatının 1/4 finalında oynayacaq
Gürcüstanın su polosu yığması Dünya Çempionatının krossoverində Rumıniyaya qarşı oynayıb. Qarşılaşmadan əvvəl rumıniyalılar favorit hesab olunurdu, lakin komandamız elə ilk dəqiqələrdən hesabda üstünlüyə nail oldu və qarşılaşma rumıniyalılara irəliləmək şansı vermədən başa çatdı. Yekun olaraq 23:12 Gürcüstan yığmasının xeyrinə.

1/4 finalda yunan məşqçi Kaçiqiasın çalışdırdığı komanda turnirin favoritlərindən olan Macarıstana qarşı oynayacaq. Qarşılaşma yanvarın 10-da keçiriləcək.

Dadvani
və Axvlediani hərəyə 7 qolla bombardirliyi bölüşdülər. Rumıniyalı Qeorqesku qarşılaşmanı 5 qolla başa vurdu.

Komandalar 1/4 finalda belə cütləşiblər:
  • 16:30 Macarıstan-Gürcüstan
  • 18:00 Yunanıstan-Yaponiya
  • 19:30 ABŞ-Monteneqro
  • 21:00 Xorvatiya-İspaniya
Oyunlar yanvarın 10-da keçiriləcək.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google