Türkiyənin Silahlı Qüvvələri Suriyada “Kürdüstan Fəhlə Partiyası”na
qarşı mümkün əməliyyatla əlaqədar hazır vəziyyətə gətirilib.
“Suriyanın yeni administrasiyasından terror təşkilatına
qarşı lazımi tədbirlər görməyi tələb edən Ankara istənilən
ssenariyə hazırlığını davam etdirir. Sərhəddəki qoşunlar mümkün
əməliyyat üçün hazır vəziyyətə gətirilib” – türk
mediası yazır.
Yayılmış məlumata əsasən, Ankara bütün mümkün ssenarilərə
hazırlaşır.
“Onlardan biri də hərbi əməliyyatdır” –
türk mediası tərəfindən yayılmış məlumatda qeyd olunub.
Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra ölkənin şimalında
kürd hərbi qruplaşmaları ilə “Suriya Milli Ordusu” arasında
qarşıdurma başlayıb.
Türkiyə “Kürdüstan Fəhlə Partiyası”nı terror təşkilatı elan edib.
Türkiyə Suriyadakı kürd birləşmələrini “Kürdüstan Fəhlə
Partiyası”nın bölmələri hesab edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415