İtaliyanın baş naziri Ciorcia Meloni Romada Ukrayna prezidenti
Vladimir Zelenski ilə görüşüb.
İtaliya hökuməti görüşlə bağlı məlumat yayıb.
“Ciorcia Meloni qurbanlarla həmrəy olduğunu bildirib,
Rusiya tərəfindən törədilən son partlayışları pisləyib və
İtaliyanın Ukraynaya və Ukrayna xalqına tam dəstəyini bir daha
təsdiqləyib”. – İtaliya hökumətinin yaydığı məlumatda
qeyd olunur.
Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynanın Zaporojya
şəhərində
həyata keçirdiyi hücum nəticəsində azı 13 nəfər ölüb, 122 nəfər
yaralanıb. İtaliyaya gəlməzdən əvvəl Zelenski Almaniyanın Ramşteyn
aviabazasında olub və burada ABŞ müdafiə naziri Lloyd Ostinin
sədrliyi ilə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında iştirak
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415