"80 milyon avro paketi nəzərdən keçirilir" - PSJ Xviça Kvaratsxelia transferinə yaxındır

Məşhur transfer mütəxəssisi Fabritsio Romanonun sözlərinə görə, Paris Saint-Germain klubu Xviça Kvaratsxelianın transferini başa vurmağa yaxındır.


Romano xəbər verir ki, bu gün məlum olub ki, Kvaratsxelia yanvarda "Napoli"dən ayrılmağı düşünür. Onun sözlərinə görə, Napoli, PSJ və Kvaratsxelia arasında ünsiyyət davam edir.

Fabrizio Romano yazır: "80 milyon avroya yaxın paket müzakirə olunur və Kvaratsxelianın nümayəndələri komanda ilə şəxsi müqav
ilə haqqında danışırlar".
Xatırladaq ki, transfermarkt-ın məlumatına görə, Xviça Kvaratsxelianın hazırkı transfer dəyəri 85 milyon avrodur. Milli komandanın oyunçusunun transfer dəyəri 2024-cü il dekabrın 18-də bu həddə çatıb, bundan əvvəl onun dəyəri 80 milyon avro olub.
Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google