Batumi-də “Batumelebi”nin direktoru polis tərəfindən saxlanılıb
11 yanvar gecəsi Batumi şəhərində polis “Batumelebi” nəşrinin direktoru Mziya Amaglobelini saxlayıb. O, Batumi Polis Baş İdarəsinin qarşısında keçirilən aksiyanın keçirildiyi ərazidə olub.

"Batumelebi"nin məlumatına görə, Mziya Amaglobeli divara “Gürcüstan tətil edir” yazısı olan plakat yapışdırdığı üçün saxlanılıb.

Etiraz plakatlarının yapışdırılması ilə əlaqədar saxlanılmalar yanvarın 11-də Batumi şəhərində bir neçə dalğada davam edib.

Ən son
məlumata əsasən, aksiya zamanıIsaxlanılanlar arasında Ciala Katamidzi, Mate Tsenteradze, Vaja Darçia, Goderdzi Franqişvili, Malxaz İremadze, Temur Katamadze, Nana Şavadze, Teona Beridze və Tatia Abuladze də var.

"Batumelebi"nin məlumatına görə, Amaglobeli aksiyada aktiv iştirak etməyib, sadəcə həmin ərazidə olub.

Yerli hüquq müdafiəçiləri və fəallar polisin hərəkətlərini ifadə və fikir azadlığının kobud şəkildə məhdudlaşdırılması kimi qiymətləndirir və media qurumlarına təzyiqin aşkar əlaməti kimi dəyərləndirirlər.

Hal-hazırda saxlanılanların hüquqi vəziyyəti və məhkəmə prosesləri ilə bağlı əlavə məlumat verilməyib.

Mənbə: "Batumelebi"
Print Email
FaceBook Twitter Google