Maka Boçorişvili Azərbaycanın səfiri Faiq Quliyevlə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində ikitərəfli gündəliyin cari məsələləri müzakirə olunub, bu kontekstdə söhbətdə xarici işlər nazirinin Azərbaycan Respublikasına rəsmi səfərinin təfərrüatlarına toxunulub. O cümlədən Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın növbəti, 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi nəzərdə tutulur.

“Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndirdilər. Ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.

Görüşdə regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud nümunəvi strateji əməkdaşlığı daha da dinamikləşdirməyə hazır olduqlarını bildiriblər”,
- deyə nazirliyin məlumatında qeyd olunur.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google