Numbeo-nun 96 ölkənin yenilənmiş reytinqinə görə bazarlarda 1 kq
kartofun qiyməti ən baha Cənubi Koreyada,
ən ucuzu isə Pakistandadır. Xüsusilə, Cənubi Koreyada kartofun orta
qiyməti 3,49 dollar, Pakistanda isə 38 sentdir.
Bazarlarda 1 kq kartofun qiymətinin ən yüksək olduğu ölkələr:
- Cənubi Koreya - 3,49 dollar;
- Amerika Birləşmiş Ştatları - 2,94 dollar;
- Kosta Rika - 2,72 dollar;
- Yaponiya - 2,56 dollar;
- Kanada - 2,54 dollar.
Kartofun bazarlarda ən ucuz olduğu 5 ölkə:
- Pakistan - 38 sent;
- Banqladeş - 41 sent;
- Hindistan - 41 sent;
- Nepal - 45 sent;
- Belarusiya - 46 sent.
Gürcüstan reytinqdə 83-cü yerdədir və araşdırmaya görə, 1 kq kartof
bazarlarda orta hesabla 62 sentə satılır. Ermənistan və
Azərbaycanda kartof Gürcüstandan bahadır. Daha dəqiq desək, 77-ci
yerdə olan Ermənistanda bazarlarda kartofun orta qiyməti 74 sent,
80-ci yerdə olan Azərbaycanda isə 65 sentdir. Bundan başqa, qonşu
ölkələr arasında kartof ən ucuz Türkiyədə (85-ci yer, 54 sent) və
Rusiyada (91-ci yer, 48 sent) gəlir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415